DAB Kontroller 2020-ci ildə "Deirvlon Technologies" şirkəti tərəfindən dizayn və istehsal edilmişdir. DAB Kontroller cihazının işləməsi üçün Deirvlon OS CL əməliyyat sistemi platformasından istifadə edilir. Xaricdən mobil tətbiq vasitəsilə idarə olunan cihaz 40 fərqli qurğunun su kranını idarəetmə qabiliyyətindədir. Cihaz xüsusi bir iş prinsipi əsasında işləyir. Bu iş prinsipinə sulama proqramını təyinetmə, su sərfiyyatına nəzarət daxildir. Problem yarandığı (su pompası nasaz olduqda, kranlardan hər hansısa biri qeyri-işlək vəziyyətdə olduqda və s.) təqdirdə əvvəlcədən təyin olunmuş şəxslərlə zəng vasitəsilə əlaqə saxlayır. DAB Kontrollerlər istixanalarda sulamanın avtomatik verilmə cədvəlinə görə idarə edilməsini təmin edir. Bu cihaz vasitəsilə insan əməyini minimuma endirib, məhsuldarlığı dəfələrlə artırmağa nail olunmuşdur. İstehsal etdiyimiz DAB Kontroller cihazımız 100 qram olmasına baxmayaraq, bir neçə hektar ərazini heç bir insan əməyi olmadan suvarır.
Ətraflı