DAB 2 Kontroller

DAB 2 Kontroller

<< Ana səhifə

DAB 2 Kontroller

26.07.2021
DAB 2 Kontrolleri əvvəlki versiyasından fərqləndirən vizual və istifadəçi interfeysi, EC (suyun duzluluğu) və PH (suyun turşuluğu) sensorları ilə təchizi və.s kimi cəhətlərinin olmasıdır. DAB 2-nin suvarma mütəxəssisləri üçün xüsusi alətləri (avtomatik şəkildə sistemə daxil etmələri üçün asanlaşdırılmış sistem) var ki, onlar hər bir vananın, kranın axın həcmini hesablaya bilsinlər. DAB 2 gün ərzində istixananın daxilində gedən proseslər haqqında məlumatları dəqiqəbədəqiqə lokal olaraq yadında saxlayır. Digər bir üstünlüyü xüsusi bir vebsaytının olmasıdır. Vebsayt üzərindən həm sahibkar, həm aqronom, həm də operatorlar (sulama cədvəlini yükləyənlər) prosesi onlayn şəkildə idarə və nəzarət edə biləcək. Məhz bu sistem aqronomun işini asanlaşdırır. İşin sonunda isə bütün prosesin statistikasını analiz edə biləcəkləri sistem olacaq. Bu isə həm Azərbaycan, həm də dünya kənd təsərrüfatı sahəsi üçün bir ilkdir. Sistemə daxil olmaq üçün xüsusi identifikasiya (ID) nömrələri olacaq. Bunun vasitəsilə şəbəkəyə qoşulmuş bütün DAB-lar bir-birindən fərqləndiriləcək və sahibkar istixana üçün təyin etdiyi müəyyən müddətlik statistikasını aqronomları ilə bölüşə biləcək. Həmçinin, DAB 2 Kontroller müştərinin seçiminə əsasən bluetooth, internetə qoşula bilən və ya bilməyən (wi-fi) kimi fərdi konfiqurasiyalarla təmin ediləcək. Ətraflı

Digər məhsullar

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.