Web sayt

Farid Askerov

22.04.2021

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənilmişdir ki, müştərilər markaların öz onlayn məzmuna sahib olmasını istəyirlər. Əgər bu addımı atmamış bir işiniz varsa və ya fəaliyyət göstərirsinizsə niyə daha əvvəl online məzmun yaratmamağınızı düşündürəcək bir sıra səbəblər vardır. 
   
    Web saytın olması müştərilərinizin sizi hər zaman, hər yerdə tapa bilməsi deməkdir, iş saatları xaricindədə yeni müştərilər tapmağa zəmanət verir, istifadəçiyə rahatlıq təklif edir, çünki hər hansı bir məhsulu almaq üçün üzərində heç bir təzyiq yoxdur və öz evlərində rahatlıqla ehtiyac duyduğu məlumatı əldə edə bilərlər. Ən sadə şəkildə web sayt alıcılar və satıcılar arasında məlumatların sürətli və asan şəkildə çatdırılmasını təmin edir. Potensial müştərilərin rəy və sorğularını asanlaşdırmaq üçün iş saatlarınızın, əlaqə məlumatlarınızın, yerinizin və məhsulların şəkillərini göstərə və əlaqə formalarından istifadə edə bilərsiziniz. Müştərilər, ehtimal ki, telefon nömrəsi və fiziki bir ünvanı olmayan hər hansı xidmətə inamsız qalacaqlar, eynilə web saytın və e-poçt adresinin olmaması üçündə deyilə bilər. Bunlar, işinizlə bağlı vacib məlumatları müştərilərlə bölüşmək və bütün suallara cavab vermək üçün faydalı vasitələrdir. Keyfiyyətli və istifadəsi gözoxşayan olan bir web saytın olması müştərilərə xidmətlərinizdən istifadə etməkdə rahatlıq yaradır. Sadəcə məlumatları göstərməklə yanaşı, malların və xidmətlərin birbaşa istehlakçılara satılması üçün web saytınızı da istifadə edə bilərsiz. Bununlada əlavə xərcləri ləğv etmək, qiymətlərinizi münasib  və işinizə real rəqabət üstünlüyünü verəcəkdir. 
  
  Saytınız dünyanın hər yerində əlçatan olduğunnan coğrafi maneələri aşmaq heç də çətin deyil, istənilən ölkədən olan hər kəs sizin şirkətinizi tapa biləcək. Üstəlik hər hansı bir şirkətin web saytı varsa, ofline şəkildədə müştərilər qazanmağa və rəqiblərinizdən 1 addım öndə olmağa şans verir. 
   Web saytlar, ümumiyyətlə, potensial investorların istinad edilə biləcəyi bir yer təmin etmək üçün əla yollardır. Şirkətinizin nə ilə əlaqəli olduğunu, nəyi qazandığını və gələcəkdə nəyə nail ola biləcəyini göstərir.

Ən çox oxunanlar

Logo

Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...

Farid Askerov

Ətraflı

22.04.2021

Web sayt

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...

Farid Askerov

Ətraflı

22.04.2021

Rebranding

Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.