Deirvlon Technologies

Səməd Abbasov

02.07.2021

Deirvlon Technologies 2011-ci ildə iyulun 6-da Kamran  Qasımov tərəfindən yardılan hazırda Azərbaycanın ən böyük texnologiya şirkətidir. Şirkətin binası Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşir. 2011-ci ildən etibarən şirkətə Kamran Qasımov rəhbərlik etmişdir. 

"Deirvlon" sözünün mənası Deirvlon Technologies - in qurucusu Kamran Qasımovun yaratmış olduğu "Aloposn" dilində "Sonsuzluq" mənasını verir. Logonun fiquru isə elə eyni adlı əlifbadakı 'D' simvoludur. Əgər logonu 90° əysək sonsuzluq işarəsinin əmələ gəldiyini görə bilərik. Logoda istifadə olunan Qırmızı, Yaşıl və Mavi rənglər ana rəng olan 3 rəngi təmsil edir (Red Green Blue RGB). Eyni zamanda Azərbaycanın bayrağının rəngləridi ki, bu da Azərbaycan torpaqlarından çıxdığını bildirir.

DAB Kontroller, Dnews.az, Island Heist və Yamy.az  şirkətin ən tanınan məhsullarıdır.

Deirvlon’un  fəaliyyət  sahələrinə Cihaz təminatı (Hardware), Proqram təminatı (Software), Sosial Media Marketinq (SMM), Oyunlar (Games) aiddir.

Deirvlon’un Cihaz təminatı( Hardware) sahəsində yaratdığı  DAB Kontroller adlı cihaz 2020-ci ildə dizayn edilmiş və istehsal olunmuşdur.  DAB kontrollerlər hal-hazırda aktiv şəkildə Azərbaycanın dörd bir tərəfindəki İstixanalarda sulamanın avtomatik verilən sulama cədvəlinə görə idarə edilməsi təmin edir. Bu prosedur insan əməyinin minimum endirilməsinə və məhsuldarlığın artırılmasına kömək edir. Təsəvvür edin ki, bir insan eyni vaxtda çoxlu əməliyyat icra edir və onu da qeyd edək ki, sulama prosesində 1 dəqiqəlik axsama bitkinin  inkişafına əks təsir göstərir və şitillərin çürüməsinə gətirib çıxarır. Digər halda  bunun üçün əlavə işçi qüvvəsinə ehtiyac olur. Bu da sahibkarı əlavə xərcə salır. Deirvlon Techologies’in istehsal etdiyi 100 qramlıq balaca bir cihaz sayəsində bir insanın çəkdiyi bütün əziyyətin qarşısını alır və bütün sulama prosesini idarə edir. DAB kontrollerlər istixanalarda işlədilməsinə baxmayaraq, başqa avtomatlaşdırma layihələrində də aktiv istifadədədir. Eyni zamanda Deirvlon Ağıllı ev sistemləri də istehsal edir. Sadə dildə desək, evdə istifadə etdiyimiz bütün cihazları avtomatlaşdırır. Uzaq məsafədən evin bütün sistemini sadəcə bir mobil tətbiq vasitəsilə idarə edə bilərsiniz.

Bildirdiyimiz  kimi Deirvlon Technologies’in fəaliyyət sahələrindən biri Proqram təminatı (Software) – dir. Bu sahədə göstərilən xidmətlərə Web saytların hazırlanması,  Mobil tətbiqlərin yaradılması, oyunların yaradılması aiddir.  Şirkətin yaratdığı saytlar funksionallığı ilə digərlərindən fərqlənir.  Saytı yığarkən elə uyğun innovativ  texnologiyalardan istifadə edilir ki, saytın ölçüsü kiçildilir  və bu yolla da saytın yüklənmə sürətini maksimuma qalxır.

Deirvlon Technologies  tərəfindən yaradılan  Dnews mobil tətbiqinə  gün ərzində  2000-dən çox xəbər yüklənir.  Həmçinin bütün dünya və ölkə xəbərlərini özündə birləşdirir. Eyni zamanda Dnews Hindistanın da aparıcı  xəbər portallarından biridir. Dnews sayəsində gündəmdən anında xəbəriniz olacaq. Deirvlon’un mobil tətbiqlərinə daha bir nümunə olaraq Yami.az tətbiqini göstərmək olar. Yamy.az ilə Azərbaycanda istədiyiniz restoran,kafe,pub və lounge anında sizin xidmətinizdədir! Sadəcə mobil tətbiqi yükləyərək evinizdən bir neçə dəqiqə içində istədiyiniz bütün məlumatları əldə edəcəksiniz.


Yamy.az ilə nələri rahatlıqla əldə edə bilərsiz :
• gedəcəyiniz məkanın ünvanını öyrənə bilərsiniz;
• məkanlardakı ləziz təamların qiymətini rahatlıqla öyrənə biləcəksiniz;
• yeni bir məkana getmək istəyirsiniz amma xidmətlə bağlı şüphələriniz var? həmin məkanla əlaqədar geridönüşləri oxuya və rahatlıqla seçiminizi edə bilərsiz;
• yeni məkanlar kəşf edə biləcəksiniz;
• ad günü və ya digər şad günlər üçün əvvəlcədən rezervasiya edə biləcəksiniz

Bir sözlə, Yamy.az'da yox yoxdur! Çünki sizə möhtəşəm xidmət göstərmək bizim işimizin əsas prioritetidir!

ADecWare platformasının yaradılması məqsədi insanlara təhsil sənədlərini və məlumatlarını tapmaqda kömək etməkdir. Bu platformada siz sənədləri araşdıra bilər, sənədləri onlayn olaraq aça bilərsiniz və hətta istəsəniz pulsuz yükləyə bilərsiniz. Bu platform 2017-ci ildə Deirvlon Software tərəfindən yaranmışdır.

Deirvlon şirkətinin yaratdığı oyunlar həm daxili, həm də xarici bazara xitab edir. Şirkətin App Store, Play store ilə müqavilələri var. Və oyunlar həmin platformalarda istifadəçilərə təqdim olunur. Deirvlon Games oyunlarına İsland Heist, Wordus, Atom Shell, Color Wall, Planets, Digi Dash və s. aiddir.  


Deirvlon Games İnfrastructure - tərəfindən hazırlanmış ilk oyun "Digi Dash" oyunudur.

Növbəti oyun, Wordus - Bu oyun vasitəsilə ilə 37 dildən olan müxtəlif sözləri, bir neçə dəqiqə ərzində öyrənə bilərsiniz. Nəticədə oyun oynayaraq yeni bir dil öyrənmiş olursunuz. Oyun App Store və Google Play - də mövcuddur.  Atom Shell - Sürətlə hərəkət et, ayıq ol, maneələrdən keçərək yolunu idarə et, yüksək xal topla və dostlara meydan oxu!

Color Wall - Rəngli topların həyəcanverici macərasına siz də qoşulun! Özünüzü həqiqətən intellektual hiss edirsinizsə, bu oyun sizin üçündür. 
 

Şirkətdə SMM xidməti də fəaliyyət göstərir. Sadə dillə desək, sosial media marketinqi (SMM), auditoriyanızla əlaqə qurmaq üçün sosial media platformalarının istifadəsidir. Ancaq sosial media marketinq proseduru o qədər də asan deyil. Markanızın yaradılmasına, satışların artırılmasına və veb sayt trafikinizə kömək edirik. Bu müddət sosial media profillərinizdə cəlbedici məzmun dərc etmək, görsəlliyi artırmaq, izləyiciləri cəlb etmək və dinləmək və sosial media kampaniyaları və reklamları aparmaqla yanaşı nəticələrini təhlil etməkdən ibarətdir. Sosial media platformalarından (Facebook, İnstagram və s.) maksimum dərəcədə istifadə etməyinizə kömək edirik. İstər işinizi böyütmək, istərsə də işinizi bir markaya çevirmək istəsəniz, müvəffəq olmağınıza kömək edəcəyik. Sosial media, məzmunu yayımlamaq üçün platforma olmaqdan daha çox inkişaf etdi və bu səbəbdən də sosial medianı işinizə fayda gətirmək üçün müxtəlif yollarla istifadə edirik. Mütəxəssislərimiz sosial media danışıqlarınızı və müvafiq qeydlərə cavabınızı izləyir, əldə olunan məlumatları təhlil edir və yüksək hədəfli sosial media kampaniyalarının aparılmasına kömək edir, markanıza dəstək verir və s. Mükəmməl Partnyor ilə mükəmməl media, Deirvlon Technologies!

Deirvlon Technologies olaraq Azərbaycanı dünyada texnologiyalarımızla təmsil edirik. 

 

Ətraflı

Ən çox oxunanlar

Logo

Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...

Kamil

Ətraflı

22.04.2021

Web sayt

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Rebranding

Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.