Monyo.az

Arzum Məmmədli

12.08.2021

Yaxın əyləşin, yeni məhsulumuz var! Təmassız və daha sürətli xidmət göstərə bilmək üçün QR Menyu sistemləri! Koronavirusun bu qədər yayıldığı bir vaxtda insanlarla və ətraf aləmlə təması nə qədər azaltsaq bir o qədər yaxşıdır. Virusun çirklənmiş səthlərə toxunaraq yayıla biləcəyi artıq məlumdur. Restoranlar isə ən böyük koronavirus mənbəyi ola bilər, çünki səthin çox hissəsi hər gün fərqli insanlar tərəfindən paylaşılır. Masalar və barlar gündəlik təmizlənib, dezinfeksiya edilsə də, yenə də insanların ehtiyac duyduqları və paylaşdıqları bir şey var; Menyular.

Bəs müştərilər arasında fiziki menyu paylaşımını necə qaldıra bilərsiniz? Cavab sadədir, menyunu QR Kodu ilə əvəz edin! “Deirvlon Technologies” olaraq Sizlərə yeni Monyo.az layihəmizlə gəlirik. Monyo.az restoranlarınızda istifadə edə biləcəyiniz elektron menyu sistemləri — QR Kod menyu sistemi təklif edir.

QR Menyu, QR kodunu skan etdikdən sonra smartfonlarında müştərilər üçün əlçatan olan rəqəmsal bir menyudur. QR kodu oxutmaqla heç bir təmas olmadan sürətli şəkildə menyu müştərinin seçiminə verilir. Fiziki Menyunu əvəz edən QR E–Menyu sistemini yalnız restoranınızın divarında, pəncərədə, qapıda və ya hətta masanın üstündə asanlıqla əldə edilə bilən səthlərə çap etməlisiniz. QR Kod menyuların bir üstün cəhəti də yenidən çap etməyə ehtiyac olmadan asanlıqla dəyişdirilə bilən olmasıdır. Sizə özəl olan admin paneldən menyuda istənilən qədər dəyişikliklər edə bilərsiniz.

Datassential tərəfindən edilən bir araşdırma, restoran qonaqlarının 65% -nin heç bir fiziki menyu qəbul etməyəcəyini ortaya qoydu.
Eyni zamanda QR Kod menyu sistemindən istifadə edərək işçilərinizin təhlükəsizliyini təmin etmək üçün qarşılıqlı əlaqəni məhdudlaşdırırsınız.
Monyo.az –ın üstünlüklərindən biri sahibkar olaraq Siz də tətbiq etdiyiniz e-Menyu vasitəsilə müştərilərinizin menyuya baxış sayına əsaslanan statistikanı əldə edə bilərsiniz. Bununla da, daha optimal menyuların strukturlaşdırılması və dizayn olunmasını təmin etmiş olursunuz.
Həmçinin kağız üzərinə yüksək keyfiyyətli şəkil əlavə etmək baha başa gəlir. Lakin QR Kod menyu sisteminə şəkillər əlavə edərək müştərilərinizi ləziz yeməklərinizə cəlb edə bilərsiniz. Şəkillərə baxıb nə yeyəcəklərinə qərar vermək müştərilər üçün də rahatdır. :yum:

Yalnız müştərilər deyil, işçilər də müştərilərə xidmət edərkən xəstəliklərə yoluxma riski ilə üzləşirlər. Müştəriləriniz asanlıqla skan edə biləcəyi QR Kodu masaya və ya divara əlavə etsəniz, işçiləriniz artıq fiziki menyuları təhvil verməli və özəllikləri izah etməli deyillər. Elektron menyunuza yeməklər haqqında istədiyiniz qədər məlumat əlavə edə bilərsiniz. Nə də olsa çap tələb etmir :)
İnnovativ sistem vasitəsilə Monyo.az restoran, kafe rəhbərlərinin məsuliyyətində olan sağlam və təmiz mühiti yaratmaqda kömək edir. QR e-Menyu ilə müştəriniz 1–2 metr məsafədən heç bir təmas olmadan sifarişini verə biləcək.
 

Monyo.az ilə sağlam və məmnun müştərilər bir arada!

https://medium.com/@deirvlon/qr-kod-menyu-sisteml%C9%99ri-monyo-az-37ca1e267e6b

Ən çox oxunanlar

Logo

Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...

Farid Askerov

Ətraflı

22.04.2021

Web sayt

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...

Farid Askerov

Ətraflı

22.04.2021

Rebranding

Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.