Deirvlon Operating System

Nuranə Quliyeva

13.08.2021

“Deirvlon Technologies” şirkətinin öz məhsulu olan Deirvlon OS kənd təsərrüfatının müxtəlif sahələri, ağıllı ev sistemləri üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. “Deirvlon Technologies” adı altında istehsal edilən DAB Kontrollerlər kənd təsərrüfatı sahəsində bu sistem əsasında fəaliyyət göstərir. Deirvlon OS müasir dizaynı, monitor sistemi əsasında ağıllı ev sistemlərini ilə istifadəçi arasında təmas yaradır.

Ağlınıza gələ biləcək bütün cihazlar tək bir platforma üzərindən bir-biriləri ilə interaktiv olaraq çalışaraq, həyatınıza dəyər qatıb evinizdəki həyat keyfiyyətini yüksəldirlər. Kütləvi kommunikasiya vasitələrindən istifadə edərək (bluetooth, wifi, GSM (zəng, mesaj, internet)) siz həmçinin məişət avadanlıqlarınızı uzaqdan idarə edə bilərsiniz. İnteqrasiya olunmuş mühiti vasitəsilə müxtəlif mobil tətbiqlərə asan şəkildə quraşdırılan sistem Deirvlon cihazının xüsusi yaradılmış mobil tətbiqi ilə müvafiq əlaqə yarada bilir.

Deirvlon CL Kernel

Deirvlon OS 1.0.3 Deirvlon CL microkerneli əsasında hazırlanır. Mikrokontrollerlərdə icra olunur və kompüterlər üçün keçərli sistem deyil.
Deirvlon OS ən üstün cəhətlərindən biri enerji istifadəsinin az olmasıdır. Habelə, bir-birilə doğru və kəsintisiz əlaqədə olan ekosistemə malikdir. Deirvlon OS tətbiqləri Android, IOS, Windows, MacOS, Linux əməliyyat sistemləri tərəfindən dəstəklənir. Modifikasiya olunmuş Deirvlon OS daxili bir məhsul olduğuna görə
yalnız “Deirvlon Technologies” şirkətinin istehsal etdiyi məhsullarda istifadə edilə bilər.

https://medium.com/@deirvlon/deirvlon-operating-system-deirvlon-technologies-%C5%9Firk%C9%99tinin-%C3%B6z-m%C9%99hsulu-olan-deirvlon-os-k%C9%99nd-45a0f930f207

Ən çox oxunanlar

Logo

Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...

Kamil

Ətraflı

22.04.2021

Web sayt

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Rebranding

Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.