Dab Kontroller

Arzum Məmmədli

13.08.2021

Sizi, “Deirvlon Technologies” şirkətinin dizaynını və istehsalını 2020-ci ildə başa vurduğu “Dab Controller” cihazı ilə tanış etmək istəyirik. DAB Controller’lər İstixanalarda sulamanın avtomatik verilmə cədvəlinə görə idarə edilməsini təmin edir. Bu cihaz məhsuldarlığın artırılması məqsədilə kənd təsərrüfatı və yaşıllaşdırma sahəsində suvarma sistemlərinin avtomatlaşdırılması üçün qurğudur. Bu cihaz vasitəsilə insan əməyini minimuma endirib, məhsuldarlığı dəfələrlə artırmağa nail olunmuşdur. Qeyd edək ki, sulama prosesində 1 dəqiqəlik axsama bitkinin inkişafına əks təsir göstərir və şitillərin çürüməsinə gətirib çıxarır. İstehsal etdiyimiz “Dab Controller” cihazımız 100 qram olmasına baxmayaraq, bir neçə hektar ərazini heç bir insan əməyi olmadan suvarır.

“DAB Controller” cihazının işləməsi üçün Deirvlon OS CL əməliyyat sistemi platformasından istifadə edilir. Xaricdən mobil tətbiq vasitəsilə idarə olunan cihaz 40 fərqli qurğunun su kranını idarəetmə qabiliyyətindədir. Cihaz xüsusi bir iş prinsipi əsasında işləyir. Bu iş prinsipinə sulama proqramını təyinetmə, su sərfiyyatına nəzarət daxildir. Problem yarandığı (su pompası nasaz olduqda, kranlardan hər hansısa biri qeyri-işlək vəziyyətdə olduqda və s.) təqdirdə əvvəlcədən təyin olunmuş şəxslərlə zəng vasitəsilə əlaqə saxlayır.

“DAB Controller” sizin əlavə işçi qüvvəsinə olan ehtiyacınızı azaldır. Bu da sahibkarın büdcəsinə qənaət etməsi deməkdir. DAB Controllerlər istixanalarda işlədilməsinə baxmayaraq, başqa avtomatlaşdırma layihələrində də aktiv istifadədədir.

Dab 2 Controller-i əvvəlki versiyasından fərqləndirən cəhətləri – vizual və user interfeysinə malik olması, EC (suyun duzluluğu) və PH (suyun turşuluğu) sensorlarla təchiz olunması, göstəricilərin monitorda göstərilməsi, su sərfiyyatının daha geniş şəkildə monitorinqi və s. olmasıdır. Dab2-nin suvarma mütəxəssisləri üçün xüsusi alətləri (avtomatik şəkildə sistemə daxil etmələri üçün asanlaşdırılmış sistem) var ki, onlar hər bir vananın, kranın axın həcmini hesablaya bilsinlər. Dab2 gün ərzində istixananın daxilində gedən proseslər haqqında məlumatları dəqiqəbədəqiqə lokal olaraq yadında saxlayır. Digər bir üstünlüyü xüsusi bir vebsaytının olmasıdır. Vebsayt üzərindən həm sahibkar, həm aqronom, həm də operatorlar (sulama cədvəlini yükləyənlər) prosesi onlayn şəkildə idarə və nəzarət edə biləcək. Hansı ki, bu sistem aqronomun işini asanlaşdırır. İşin sonunda isə bütün prosesin statistikasını analiz edə biləcəkləri sistem olacaq. Bu isə həm Azərbaycan, həm də dünya kənd təsərrüfatı sahəsi üçün bir ilkdir. Sistemə daxil olmaq üçün xüsusi identifikasiya (ID) nömrələri olacaq. Bunun vasitəsilə şəbəkəyə qoşulmuş bütün Dab-lar bir-birindən fərqləndiriləcək və sahibkar istixana üçün təyin etdiyi müəyyən müddətlik statistikasını aqronomları ilə bölüşə biləcək. Həmçinin, DAB 2 Controller müştərinin seçiminə əsasən bluetooth, internetə qoşula bilən və ya bilməyən (wi-fi) kimi fərdi konfiqurasiyalarla təmin ediləcək.

Dab Controller ilə xərciniz az, məhsulunuz bol olsun!

Ən çox oxunanlar

Logo

Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...

Farid Askerov

Ətraflı

22.04.2021

Web sayt

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...

Farid Askerov

Ətraflı

22.04.2021

Rebranding

Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.