Şirkətlər üçün Veb saytların Hazırlanması!

Cəfər Cəfərli

17.09.2021

Nəyə görə veb sayta ehtiyacınız var? Əgər internetdə “Veb sayta ehtiyacınız var?” sualını axtarırsızsa cavabınız “hə” olacaq və bunu başa salmaq üçün burdayam.

2019-cu ildə axtarış sistemləri vasitəsilə şirkətləri axtaranların 70–80% faizi alışveriş etməzdən öncə veb saytı yoxlayırlar və eyni zamanda eyni faiz veb saytı olmayan bizneslər tərəfindən itirilir.Və nə vaxt ki dünya onlayn varlığı real həyat varlığından daha çox tələb edir, onda sizin veb sayta olan ehtiyacınız daha da vacib olur.

Əgər siz əmin deyilsinizsə və hələ də veb saytın sosial media profillərindən daha effektiv olduğunu bilmirsinizsə 4 səbəb “nəyə görə veb sayta ehtiyacınız var?” burdadır.

1.Veb sayt yaratmaq sizi daha professional göstərir və daha çox güvən yaradır.

Çox insan yaxşı görünüşlü veb saytı olmayan bizneslərə inanmır. Potensial müştərilər sizin haqqınızda olan bütün məlumatları bir məkanda tapanda sizə daha çox güvənəcəklər. Müasir rəqəmsal dünyada bütün, ən kiçik lokal biznesinizə belə veb sayt yaratmaq lazımdır.

Hal-Hazırda hər kəs çox asan bir şəkildə saxta məlumatlarla, sizin id məlumatlarınızla facebook və ya instagram hesabı aça bilər. Belə ki veb saytlar sizin şirkətinizi heç bir sosial media kanallarının edə bilməyəcəyi yollarla legitimləşdirir.

Əgər veb saytınız yoxdursa və portfolionuzu, işlərinizi və ya sizi təqdim edəcək xüsusi bir yer yaratmaq istəyirsinizsə veb saytların yığılması barədə (link-ə keçid edərək) biznesiniz üçün professional dəstəklə veb sayt hazırlatdıra bilərsiniz.

2. Biznes Veb saytı sizə daha çox müştəri gətirəcək və danışıqlarınızı artıracaq.

Yaxşı təşkil olunmuş veb sayt google axtarışda birinci səhifədə çıxa bilər bu da sizə yeni müştərilər gətirəcək. Burada kiminsə sizi sosial media hesabından tapmasından təsadüfən tapmağından daha çox şans var. Həmçinin, sizi və hər hansı rəqib şirkəti professional veb sayt vasitəsilə müqayisə etmək daha asan olacaq.

Əgər Google ads və facebook ads vasitəsilə reklam versəz, siz veb saytınıza birbaşa trafik çəkə bilərsiniz. Digər google alətləri vasitəsilə siz reklamlarınızı idarə edə və veb saytınızı daha çox müştəri və izləyiciyə çatacaq şəkildə idarə edə bilərsiniz.

Yəni, veb sayt 7/24, ilin hər günü və dünyanın hər tərəfindən istifadəyə uyğun olduğu üçün bu iş saatlarından sonra da müştərinin ziyarətinə səbəb olacaq.

3.Vebsayt açmaq sizə tam nəzarət verir.

Bu səbəbi iki hissəyə bölmək olar. İlk olaraq veb sayt özünüzü təqdim etmədə sizə tam azadlıq verir. Siz sosial media hesabınızı istədiyiniz kimi düzəldə bilmirsiniz. Xüsusi bir dizaynınız olmur, hamıda necədirsə sizdə də elə, siz göydən düşməmisiz.

Veb saytınızın dizayn azadlığı markanızı bənzərsiz və özünəməxsus şəkildə təqdim etmənizə imkan verir.Veb saytınıza nəzarət yalnız qrafika və nizamlama ilə əlaqəli deyil, orada nə olacağına özünüz qərar verirsiniz, buna görə də veb saytınızda müştəri davranışlarını, rəylərinizi və videolarınızı paylaşa bilərsiniz. Əgər bir qalereyanız və ya portfolionuz varsa veb sayt bunu yaradıcı bir şəkildə paylaşmaq üçün şansdır. Qısaca bir veb saytda istədiyiniz hər şeyi yenidən dizayn edə və dəyişə bilərsiniz.

“Tam nəzarətin” digər tərəfi, veb səhifənin sizə məxsus media olmasıdır. Sosial platformaların daim dəyişən qaydalarına riayət etmək məcburiyyətində deyilsiniz və platformaların özləri gəlib-gedərkən (MySpace yadınızdadırsa) Veb saytınız həmişəlik işində qala bilər. Ayrıca, hər hansı bir İnternet istifadəçisi hesab yaratmadan veb saytınıza daxil ola bilər.

4.Veb sayt qurmaq bütün marketinq fəaliyyətinizin mərkəzidir.

Veb sayt potensial müştərilərin sizinlə ünsiyyət qurduğu və işiniz haqqında məlumat əldə etdiyi ilk yer ola bilər. Və ya e -poçtdan, Facebook reklamından və ya İnstagram yazısından yönləndirildikləri üçün alış-veriş etmək üçün ən son gəldikləri yer də ola bilər.

Təsəvvür edin ki, Vasif adlı şəxs H.Əliyev prospektində öz avtomobili ilə hərəkət edərkən sizin yolun kənarındakı bilbordda sizin xaricdə təhsil reklamınızı görür və özünün çoxdankı xəyalını gerçəkləşdirmək üçün daha qısayolla məlumat əldə etmək üçün veb saytınıza daxil olur və beləcə qısa zamanda reklamınızın da köməyi ilə sizin xidmətiniz barədə məlumat əldə edir, hətta istifadə edir.

Bütün marketinq fəaliyyətiniz, işinizin onlayn və ya oflayn olmasından asılı olmayaraq, veb saytınızda sonlanmalıdır, necə deyərlər bütün yollar veb sayta aparır.

Hər şey bir-biri ilə əlaqəli olduqda və ortaq məxrəc veb saytı olduğunda fəaliyyətinizi idarə etmək daha da asandır. Beləliklə, bir veb saytına sahib olmaq prioritetdir və uğurun ilk addımıdır.

Web sayt Yarat

Ümid edirəm ki, bu dörd sadə səbəb işiniz üçün peşəkar bir veb sayt yaratmaqla bağlı şübhələrinizi aradan qaldırdı. Veb saytınız yoxdursa, onlayn nüfuzunuzu artırmaq üçün böyük bir fürsəti əldən verirsiniz. Birini nə qədər tez veb sayt yaratmaq qərarı versəniz daha çox müştəri markanıza etibar edəcək.

Artıq veb saytların faydalarını şübhə altına almırsınızsa və özünüz üçün bir şey etmək istəyirsinizsə, Veb sayt qurucumuz haqqında daha çox məlumat əldə etmək üçün aşağıdakı düyməni basın:

https://deirvlon.com/az/softweb

Ən çox oxunanlar

Logo

Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...

Farid Askerov

Ətraflı

22.04.2021

Web sayt

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...

Farid Askerov

Ətraflı

22.04.2021

Rebranding

Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.