Mobil Oyunlar

Mahammad Ganjiyev

20.09.2021

Mobil oyunların tarixi

Dünyada ilk bilinən mobil oyun Hagenuk MT-2000'də bir Tetris oyunudur. Daha sonra 1997-ci ildə Nokia’nın “Snake” oyunu dünyanın ən çox oynanılan oyununa çevrildi. İlan oyunu 1999 -cu ildə Nokia 7110 modelində ikinci versiyası ilə meydana gəldi. İlk ilan oyunundan fərqli olaraq, ilanımız indi divardan keçmə qabiliyyətinə malik idi.

Növbəti oyun isə hərkəsin ömründə 1 dəfə də olsun oynadığı “Bounce” oyunudur. 2000 -ci illərdə, rəngli ekranlı telefonlar dünyada tanınmağa başladıqda ilk rəngli oyunlardan olan Bounce həyatımıza gəldi. Qırmızı topu sıçrayaraq üzüklərdən keçirərək oynadığımız oyun olduqca maraqlı və həyəcanlı idi.

 

Dünyada ən çox yüklənən 5 mobil oyun

Roblox

Roblox Minecraft və Lego -nun qarışığı bir oyundurki, burada insanlar oyun yarada bilər və başqalarının hazırladığı oyunları oynaya bilərlər.

Tətbiqin bu açıq görünüşü, xüsusilə kiçik uşaqlar üçün bəzi risklər yarada bilər. Robloxun bəzi təhlükəsizlik tədbirləri olsa da, burası o qədər də yaxşı niyyətli olmayan insanların hədəfi olaraq qalır. Common Sense Media, Roblox'u 10 yaşdan yuxarı istifadəçilər üçün uyğun olaraq qiymətləndirir.

Subway Surfers

Subway Surfers macəra oyunudur. Bir gənc qatarı rəngləyərkən, gözətçi və iti tərəfindən fərq edilir və təqib başlayır. Oyunun məqsədi gözətçidən və itindən qaçmaqdır. Oyunun daxilində satın alma hissəsində mövcuddur. Oyunun Pegi oyun reytinq sisteminə görə 9  yaşdan yuxarı uşaqlar üçün uyğun olduğu görülür.

PUBG Mobile

Ölkəmizdə də kifayət qədər tanınan və oynanılan oyunlardan biri olan PUBG moblie dünyanın ən çox yüklənən oyunları siyahısındadır. Pubg Mobile oyununun məqsədi yaşamaqdır. Klassik oyun rejimində 100 oyunçudan ibarət oyunçular təsadüfi olaraq komandalara bölünür. Oyunçular bir paraşütlə təyyarədən istədiyiniz sahəyə tullana bilərlər. Oyunçular yerə düşəndə ​​hamı bərabərdir.

Pokemon GO

Pokemon Go, "artırılmış reallıq" texnologiyasından istifadə edərək, ağıllı telefonlarla onlayn olaraq oynanıla bilən bir mobil oyundur. Pokemon toplamaq və öz kolleksiyanızı yaratmaq üçün küçələrdə dolaşmalısınız. Toplanmış Pokemon ilə digər oyunçularla mübarizə edə bilərsiniz.

Temple Run

Qədim daş yollarında təhlükəli bir meşədə keçərkən böyük boşluqların üstündən tullanaraq pul toplamaq oyunu Temple Run adlanır. Bu oyun sizə az öncə danışdığımız “Subway Surfers” oyununu xatırlada bilər.

Deirvlon Technologies tərəfindən yaradılan mobil oyunlar

Şirkətimiz tərəfindən yaradılan mobil oyunları sizlərə təqdim edirik:

Wordus

Wordus klassik söz oyunundan daha çoxudur. Burada istifadə olunan metod tamamilə yeni elmi nəzəriyyəyə əsaslanır. Hansı ki, sizə 37 dildən yeni sözləri öyrənməyə imkan verir.

Atom Shell

Etməli olduğunuz şey, elektronları daxili qabıqlara diqqətlə keçirtməkdir.  Daha çox xal qazanmaq üçün elektronları daha yaxın yerləşdirmək lazımdır.

Digi Dash

Bir neçə düzgün nömrəni taparaq vaxtınızı daha yaxşı keçirə bilərsiniz. Limitsiz səviyyələr və sonsuz nömrələr. Bu oyunu oynayarkən diqqətiniz daha da artıracaq.

Color Wall

Edəcəyiniz şey rəngli simvolu düzgün divar (çubuq) üzərindən keçməkdir. Bununla da siz dünya səviyyəsində yer almağınıza kömək edən xallar qazana bilərsiniz. Oyun zamanıqarşılaşdığınız maneələri diqqətlə keçməlisiniz.

Planets

Endless kainat sizi gözləyir!  Yeni planetlərin kəşf etmək və dünya dərəcəsində yüksək hesab almaq üçün cəhd edin.

Island Heist

Island Heist bir 3D oflayn macəra oyunudur. Xüsusi gücə sahib bir çox unikal personaj həyəcan verici anlar yaşamağınıza səbəb olacaq. Bu səyahətdə 8 unikal simvolu idarə etməklə və xüsusi güclərindən istifadə edərək xəzinənizi toplayıb gəminizə qayıdacaqsınız.

Mobil oyunlarımızı sınamaq üçün linkə keçid edə bilərsiniz.

 

Ən çox oxunanlar

Logo

Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...

Farid Askerov

Ətraflı

22.04.2021

Web sayt

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...

Farid Askerov

Ətraflı

22.04.2021

Rebranding

Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.