Mobil tətbiqlər

Mahammad Ganjiyev

24.09.2021

Mobil tətbiq nədir?

Bu gün dünyada demək olar ki, hər kəsin yanında saxladığı ağıllı cihazlar (smartfonlar və planşetlər) üçün kodlaşdırılmış və xüsusi olaraq hazırlanmış proqrama mobil tətbiq deyilir. Mobil tətbiqlər dünyada App kimi tanınır və mobil dünyanın trend mövzularından biridir. Mobil tətbiqləri əldə etməyin yolu əməliyyat sistemlərinə görə dəyişir. Məsələn, Apple markasının IOS əməliyyat sistemi ilə işləyən iPhone, iPad və iPod touch kimi mobil cihazlar üçün App Store -dan və Android əməliyyat sistemi ilə işləyən qurğular üçün Google Play -dan mobil tətbiqləti telefonunuza yükləyə bilərsiniz.

 

Mobil tətbiqlərin şirkətlər üçün faydası

 

Şirkətlər üçün veb saytların əhəmiyyətini hamımız bilirik. Bu haqda məlumat almaq üçün veb saytlar haqqında yazdığımız bloqa nəzər yetirə bilərsiniz. Getdikcə artan mobil istifadə rəqiblərindən önə keçmək istəyən şirkətlərin sayını artırdı və  bununla da şirkətlətin mobil platformaya müraciət etməsi qaçınılmaz hala gəldi.

Mobil tətbiq sayəsində şirkətlər tətbiqi yükləyən istifadəçilərə bildirişlər göndərə və məzmunlarını daim yeniləməklə istifadəçilərə anında məlumat ötürə bilərlər. Bununla da, şirkətlər yalnız birdəfəlik xərcləri olan bir mobil tətbiq sahibi olaraq, çoxlu büdcə tələb edəcək bir marketinq metodunun xərcini azalatmağa çalışırlar.

Müştəri güvəni

Mobil tətbiqlər müştəriyə güvən vermək, yəni sadiqliyini təmin etmək üçün ən vacib amillərdən biridir. Mobil internetin və ağıllı telefonların inkişafı ilə mobil istifadəçilərin sayı xeyli artdı. Bununla da insanlar onlara ən rahat olan üsulu seçirlər. Sizdə müştərilərə ən rahat üsulu yaratmaq üçün müştərinizlə birbaşa əlaqə qurmalı və onda güvən yaratmalısınız. Hal-hazırda  mobil istifadəçilərin sayı artdıqca şirktətinizin veb saytdan əlavə mobil tətbiqi olamalıdır.

Məhsul tanıtımı və rəqabət

Müştərilərə ən sürətli şəkildə çatmaq bütün şirkətlərin əsas məqsədlərindən biridir. Bu baxımdan baxsanız, mobil tətbiqlər reklamlar, kampaniyalar və ən son məhsulların tanıtımı kimi bir çox mövzuya birbaşa daxil ola biləcəyiniz yeganə rəqəmsal kanallardır. Müştərinin istifadə etdiyi bu imkanlar çərçivəsində, mobil tətbiqi olan bir şirkət,mobil tətbiqi olmayan digər şirkətlərlə rəqabətdə həmişə bir addım öndədir.

Keyfiyyət və prestij

Mobil tətbiqlər şirkətlər üçün keyfiyyət baxımından bir çox üstünlüklər qazandıra bilər. Yaxşı dizayn edilmiş, istifadəsi asan və müştəri yönümlü bir mobil tətbiq müştərinin ehtiyac duymadığı bir məhsulu belə sata bilər. Keyfiyyət və prestij dedikdə ağla gələn şirkətlərdən biri olan Iphone, tətbiqi inkişaf etdirmə sahəsində gördüyü işlərlə fərqlənən əhəmiyyətli bir nümunəvi şirkətdir.

Əgər sizdə rəqiblərinizdən önə keçmək istəyirsinizsə,mobil tətbiqə sahib olmaq istəyirsinizsə,düşünmədən bizə müraciət edə bilərsiniz.

Deirvlon Technologies tərəfindən yaradılan mobil tətbiqlər

Şirkətimiz əsas sahələrindən biri də şirkətlər üçün mobil tətbiqlərin yaradılmasıdır. Bununla belə bizə məxsus olan müxtəlif mobil oyunlar və xəbər mobil tətbiqləri mövcuddur. Mobil oyunlarımız barədə məlumat almaq üçün bu haqda yazdığımız bloqu oxuya bilərsiniz. Qısa olaraq, Digi dash, Color Wall, Planets, Atom Shell, Wordus, Island Heist və.s adlı mobil oyunlarımız mövcuddur. Bundan əlavə olaraq “Dnews.az” və yeni istifadəyə verilmiş “Time of News” adlı xəbər tətbiqlərimiz var. Dnews.az (Deirvlon News) bir xəbər toplayıcısıdır, internetdəki botlarımız müxtəlif xəbər mənbələrindən xəbərlər toplayır və sizin üçün sıralayır. Bu, bir dəfəyə bir tətbiqdə fərqli mənbələrdə olan xəbərləri oxumağınıza imkan verir. Mobil tətbiqlərimizi sınamaq üçün linkə daxil olun.

Ən çox oxunanlar

Logo

Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...

Farid Askerov

Ətraflı

22.04.2021

Web sayt

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...

Farid Askerov

Ətraflı

22.04.2021

Rebranding

Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.