Məktəblilər arasında “RoboFest 2022” festivalı başa çatıb. II robot festivalı kimi keçirilən yarışma 10 aprel 2022-ci il tarixində Park Inn by Radisson Baku otelində baş tutub. Müsabiqədə 20 dövlət və özəl məktəbdən 122 şagird iştirak edib. Tədbirin təşkilinə Kaspi Təhsil Şirkəti, STAREX Logistics, GemZa Group, Deirvlon Technologies və İnnovative Business Product şirkətləri dəstək verib.
Festivalın baş hakimliyi komandaya əlavə dəstək üçün qatılan Türkiyənin “Maker Center STEAM” mərkəzinin təsisçisi Seçkin Aksoy’a və “Deirvlon Technologies” şirkətinin İcraçı Direktoru (CEO),robotexnika üzrə mütəxəssis Kamran Qasımov’a həvalə edilib.
Robofest-in missiyası məktəblilər arasında:
-Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat ( STEM ), İncəsənət və Kompüter Elmləri üçün həyəcan və maraq yaratmaq;
-problem həll etmə bacarıqlarını, həmçinin komanda işi, yaradıcı düşüncə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək;
-ali təhsildə və texnoloji karyerada üstün olmağa hazırlamaqdır.
Qeyd edək ki, şagirdlər festivalda 4 müxtəlif robotika kateqoriyası üzrə yarışıblar:
• VEX IQ Challenge (9-17 yaş)
• VEX GO Challenge (7-10 yaş)
• Lego Line Follower (7-12 yaş) (13-17 yaş)
• Lego Sumo (7-12 yaş) (13-17 yaş)
Yarışda hər kateqoriya üzrə 1-ci, 2-ci, 3-cü yeri tutan komandalar medal, diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif olunublar.
Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...
22.04.2021
Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...
22.04.2021
Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...
22.04.2021
Bakı şəhəri Heydər Əliyev prs. 115
Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.