Azərbaycanın ilk proqramlaşdırma dili-UPL

Aytan Abdulzade

18.04.2022

UPL “Universal Programming Language” 

UPL nə deməkdir?

UPL Universal Proqramlaşdırma Dili deməkdir. “Deirvlon Studio” - nun  android üzərində olan bu tətbiqetməsi  dünyanın bir çox ilklərinə imza atıb.Dünyanın ilk tətbiqetməsi idi ki Android əməliyyat sistemində həm android həmdə başqa platformalar üçün canlı olaraq proqram yazmağa imkan verirdi. Bunlardan əlavə Android üzərində yazdığınız proqramı bir toxunuşla test edə və paketləyərək normal bir tətbiq kimi smartfonunuza quraşdıra bilməsi idi. Eyni zamanda həmin yazdığınız proqramı “Windows”“Veb” platformda işləyən proqrama da çevirmək mümkün idi.

Deirvlon Studio IDE (İntegrated Development Enviroment) və UPL “Universal Programming Language"  Azərbaycan dilində olan ilk proqramlaşdırma dili Kamran Qasımov tərəfindən yaradılmışdır.

"Universal" programming language niyə görə universal adlanır ?

Çünki bir proqramlaşdırma dilindən istifadə edərək digər proqramlaşdırma dillərində proqram yazmaga imkan verir. Tərcümə mühərriki vasitəsi ilə digər programlaşdırma dillərinə çevrilə bilir. Nəticə etibarı ilə 1 dili bilməklə digər dilləridə bilmiş olursunuz.

Həmçinin bu dil vasitəsi ilə "Cross-Platform" yəni platformalar arası proqramlar yaratmaq mümkündür.

Üstünlükləri:

  • UPL kodu JS,ASP.NET,PHP,JAVA,C# dillərinə çevrilə bilər.
  • 10-dan çox dil bilən biri bərabərdir UPL dili bilən :)
  • Android proqramlarının yaddaşda tutduğu yerin azaldılmasına xidmət edir.

Nəticə olaraq öz ana dilinizdə öz ideyalarınızı həyata keçirmək üçün android üzərində android üçün proqram yaza bilən "Dünyanın ilk beynəlxalq proqramlaşdırma dili-UPL"dən rahatlıqla istifadə edə bilərsiniz.

Ən çox oxunanlar

Logo

Logolar, bəlkə də bir markanın və ya şirkətin marketinq müvəffəqiyyəti üçün bir müştəri və ya işə götürənlə ilk görüş...

Farid Askerov

Ətraflı

22.04.2021

Web sayt

Bu gün bir şirkətin web sayta sahib olmağı bir dükana, ofisə və ya telefon nömrəsinə sahib olmaq qədər əhəmiyyətlidir. Tədqiqatlar nəticəsində öyənil...

Farid Askerov

Ətraflı

22.04.2021

Rebranding

Bəzən bəzilərinizin eşitmədiyi bir sözə rast gəlirik.
”Rebranding” Rebranding nədir? Necə edilir və bunun insanlarla, şirkətlərlə, firmalarlara nə ...

Səməd Abbasov

Ətraflı

22.04.2021

Bizimlə əlaqə

Sosial media


Xəritədən bax

Bakı şəhəri Heydər Əliyev prs. 115

Ofisə bax

Caspian Sport Plaza, 3-cü bina, 12-ci mərtəbə.