Bu gün Vendora-nın ilk stabil versiyasını – Vendora 1.0.0-ı təqdim edirik. Vendora market, minimarket, ərzaq mağazası, paltar və ayaqqabı dükanı kimi pərakəndə satış nöqtələri üçün hazırladığımız kassa (POS) proqramıdır: satış, anbar, vergi kassası və müştərilər bir sistemdə.
Niyə Vendora?
Mağazalarda kassa, anbar və vergi kassası çox vaxt ayrı-ayrı proqramlarda işləyir: qiymət bir yerdə dəyişir, rəfdə köhnə qalır, qalıqları isə gün sonu əl ilə tutuşdurmaq lazım gəlir. Vendora-nı bu problemləri bir yerdə həll etmək üçün qurduq – kassir sürətli satsın, rəhbər isə hər şeyi bir paneldən görsün.
1.0.0 versiyasında nələr var
- Barkodla sürətli satış – barkod skaneri, PLU kodu və ya ekrandakı sürətli düymələrlə; endirimlər və aksiyalar avtomatik tətbiq olunur.
- Anbar uçotu – mal qəbulu, anbardan çıxış, stok qalıqları, minimum qalıq həddi və təchizatçılara ödənişlər.
- Etiket və etiket printeri – qiymət və barkod etiketləri birbaşa proqramdan çap olunur.
- Çəki ilə satış – tərəzi etiketindəki barkod oxunur, çəki və qiymət çekə avtomatik düşür.
- Qaytarmalar – çek üzrə tam və ya qismən qaytarma, anbar qalığı avtomatik yenilənir.
- İşçi nəzarəti – kassirlərin hər əməliyyatı qeydə alınır, şübhəli hərəkətlər ayrıca göstərilir.
- Hesabatlar – satış, mənfəət, ödəniş üsulları, məhsullar və kassirlər üzrə, brauzerdən istənilən yerdən.
6 vergi kassası ilə inteqrasiya
Vendora 1.0.0 Azərbaycanda istifadə olunan AzSmart, OneClick, WizarPOS, Omnitech, Sunmi və CasPOS vergi kassaları ilə işləyir. Çek kassada bağlananda avtomatik vergi kassasına ötürülür – əlavə əl işi və məbləği ikinci dəfə yazmaq lazım deyil.
Loyallıq kartları və müştəri bazası
WalletPlus inteqrasiyası sayəsində müştərilər Apple Wallet və Google Wallet-dəki rəqəmsal bonus kartı ilə xal toplayır və xərcləyir. Artıq plastik bonus kartlarınız varsa, onlar da kassada oxunur. Bütün müştərilər, alış tarixçəsi və bonus balansları vahid bazada saxlanılır.
İnternet olmadan da işləyir
İnternet kəsiləndə satış dayanmır: kassa oflayn işləyir və əlaqə bərpa olunanda bütün satışları avtomatik sinxronlaşdırır. Bir mağazada bir neçə kassa daxili şəbəkə üzərindən eyni məhsul bazası və anbarla işləyə bilər.
Məqsədimiz sadədir: kassir növbəni gözlətməsin, rəhbər isə mağazada olmadan da hər şeyi görsün.
Windows 32 və 64 bit
Kassa proqramı Windows üçündür və iki versiyada gəlir: müasir kompüterlər üçün 64 bit, köhnə kompüterlər üçün 32 bit. Proqram barkod skaneri, çek printeri, etiket printeri, tərəzi, pul qutusu və müştəri ekranı ilə işləyir.
Necə başlamaq olar
- Proqramı vendora.az saytından yükləyin – Windows 64 bit və ya 32 bit.
- Məhsullarınızı əlavə edin.
- Vergi kassanızı və avadanlığınızı qoşun – komandamız qurulumda kömək edir.
Vendora haqqında ətraflı məlumatı məhsul səhifəsində, ekran görüntülərini isə proqram mağazasında tapa bilərsiniz. Demo və qiymət üçün bizimlə əlaqə saxlayın.



