Heydər Əliyev prospekti 115, Bakı, Azərbaycan

Vendora

Deirvlon TechnologiesBiznes

Vendora pərakəndə satış üçün kassa (POS) proqramıdır: barkodla satış, anbar, etiket çapı, vergi kassası inteqrasiyası, loyallıq kartları və hesabatlar bir yerdə. Onlayn, oflayn və daxili şəbəkədə işləyir.

  • Windows
  • Web
1.0.0
versiya
20 noy 2026
yeniləndi

İcmal

Vendora market, minimarket, ərzaq mağazası, paltar və ayaqqabı dükanı kimi pərakəndə satış nöqtələri üçün hazırlanmış kassa proqramıdır. Kassir məhsulu barkod skaneri, PLU kodu və ya ekrandakı sürətli düymələrlə seçir, endirim və aksiyalar avtomatik tətbiq olunur, çek isə AzSmart, OneClick, WizarPOS, Omnitech, Sunmi və ya CasPOS vergi kassasına ötürülür.

Proqram Windows üçündür: müasir kompüterlər üçün 64 bit, köhnə kompüterlər üçün 32 bit versiya var. İnternet kəsiləndə satış dayanmır – kassa oflayn işləyir və əlaqə bərpa olunanda məlumatları sinxronlaşdırır. Bir mağazada bir neçə kassa daxili şəbəkə üzərindən eyni məhsul bazası və anbarla işləyə bilər.

Anbar bölməsində mal qəbulu, anbardan çıxış, stok qalıqları və təchizatçılara ödənişlər izlənir. Qiymət və barkod etiketləri etiket printerindən çap olunur, çəki ilə satılan məhsullar tərəzi etiketindən oxunur.

Müştəri bazası və loyallıq: WalletPlus inteqrasiyası ilə Apple Wallet və Google Wallet bonus kartları, həmçinin mövcud plastik loyallıq kartları kassada oxunur. Rəhbər brauzerdən satış, mənfəət, qaytarma və kassir hesabatlarına baxır, şübhəli əməliyyatlar barədə xəbərdarlıq alır.

  • Windows 32 və 64 bit
  • Onlayn, oflayn və daxili şəbəkə
  • AzSmart, OneClick, WizarPOS, Omnitech, Sunmi, CasPOS
  • Anbar, etiket və etiket printeri
  • WalletPlus və plastik loyallıq kartları
  • Müştəri bazası və hesabatlar

Ekran görüntüləri

Digər tətbiqlər

Mağazaya baxın

Monyo Manager

Deirvlon TechnologiesRestoranlar

Monyo platformasındakı restoranlar üçün idarəetmə tətbiqi – restoranınızı telefonunuzdan izləyin və idarə edin.

  • Android
  • iOS